AZ

“Qarabağ“ darmadağınla “Linkoln“a qalib gəldi

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.Səfərdə rəqibini iki cavabsız topla üstələyən "köhlən atlar" növbəti III təsnifat mərhələsinə yüksəlib."Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.














Paylaş:

Seçilən
52
22
regionxeberlericom.az

10Mənbələr