AZ

Paris-2024: Avarçəkənimiz medal şansını itirib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Dımçenko, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutub.

Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb. Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Seçilən
58
9
cbcsport.az

10Mənbələr