İranda Həmas lideri İsmayıl Haniyə öldürülüb, Həmas silahlı qruplaşması açıqlayıb.
Həmas bildirib ki, İsmayıl Haniyə “İsrail hücumu nəticəsində” öldürülüb.
Qətərdə yaşayan Həmas lideri İran Prezidenti Məsud Pezeşkianın andiçməsində iştirak etmək üçün Tehrana gəlibmiş.
İsrail hələlik bu iddiaya cavab verməyib.
İran İnqilab Keşikçiləri də onun ölümünü təsdiqləyib.
Həmas bu qətlə cavab verəcəyini açıqlayıb.
Georgetown Universitetinin Orta Şərq araşdırmaları üzrə professoru Nader Hashimi BBC-yə deyib ki, İsmayıl Haniyənin öldürülməsi regionu “əvvəlkindən daha genişmiqyaslı müharibəyə yaxınlaşdırır”.
Bəs Fələstin-İsrail münasibətlərində növbəti qanlı dövrün başlanmasına təhrik edən Həmas qruplaşması nədir?
Həmas necə yaranıb?
Şəklin mənbəyi, ROBERT NICKELSBERG