AZ

Azərbaycan idmançısı Paris-2024-də 43-cü oldu

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qüvvəsini sınayıb.

QOL.az xəbər verir ki, 55 idmançı arasında mübarizə aparan Pevtsov yarışda 43-cü olub. O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.

Qeyd edək ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsi səbəbindən bu gün təşkil olunub. 






















Bizi İnstagramda izləyin

Seçilən
57
6
525.az

10Mənbələr