AZ

Şəhriyar Məmmədyarov 2 pillə irəlilədi

style='margin-bottom:10px;'>

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2733 xal) 2 pillə irəliləyərək 17-ci yerdə yüksəlib.

Teymur Rəcəbov (2700) 33-cü sıradadır. Rauf Məmmədov isə "100-lük"dən kənarda qalıb.

Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. Hikaru Nakamura (ABŞ, 2802) 2-ci, Fabiano Karuana (ABŞ, 2793) 3-cüdür.

Qadın təmsilçilərimizdən Günay Məmmədzadə (2441) 2 pillə irəliləyərək 31-ci yerdə qərarlaşıb. 1 sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 pillə geriləyən Xanım Balacayeva (2384) 60-cı,  21 pillə geriləyən Ülviyyə Fətəliyeva (2369) isə  72-cidir.

Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. Venjun Ju 2-ci (Çin, 2563), üçüncü sırada Ley Tinqjie (Çin, 2549) 3-cüdür.

Seçilən
38
15
teleqraf.com

10Mənbələr