Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün təqvimində dəyişiklik olub. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Bildirilib ki, I turun avqustun 4-də keçiriləcək "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib. Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib. Bu, bakılıların UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədilə edilib. "Bayquşlar" bu raundda "Sent-Patriks Atletik" (İrlandiya) ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta