AZ

Paris-2024: Millimiz məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, yığma V turda Avstraliya ilə üz-üzə gəlib.

Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 12:21. Bu gün Bakı vaxtı ilə saat 19:30-da rəqib Çin kollektivi olacaq.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.

Seçilən
47
35
fanat.az

10Mənbələr