Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində braziliyalı Rafael Silva ilə qarşılaşıb. Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb.
O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.