AZ

Azərbaycan cüdoçusu 1/4 finalda uduzdu - Medal şansı qalır (YENİLƏNİB)

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.   Manset.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq. Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq. *** 13:25 Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.   Manset.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb.

Seçilən
180
8
manset.az

10Mənbələr