AZ

Kapitulyasiya aktı ŞƏRH

Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr–10 noyabr 2020-ci tarixlərində dünyanın gözünün içinə baxaraq, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı azad etdi. Bununla da Azərbaycan BMT-nin erməni qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılmasına dair məlum qətnamələrini də özü icra etmiş oldu.Bu Qələbə təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idi. Bu Qələbə böyük Ermənistan planının məhv edilməsi, onların bu planı yerinə yetirmək üçün növbəti pilləni keçmələrinin qarşısının alınması idi.Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanatla rəsmi şəkildə təslim olduğunu qəbul etdi. Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız itkisiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu. Bildirim ki, Laçın və Kəlbəcər ərazisinə görə işğal altında olan rayonların ən böyükləridir və ərazilərinin böyük hissəsi də dağlıqdır. Bu rayonların döyüşsüz işğaldan azad olunması əlavə itkilərimizin qarşısını aldı.Üçtərəfli Bəyanatın şərtlərindən (9-cu bənd) biri də bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır. Bu şərtə əsasən Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradılır. Ermənistan respublikası da bu əlaqədən istifadə edən Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə və təhlükəsizliyinə zəmanət verir.Üçtərəfli Bəyanatın imzalanması qaydası və şərtlərinin mahiyyətinə, məzmununa baxdıqda aydın olur ki, bu Ermənistan üçün kapitulyasiya aktıdır.İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Kapitulyasiya aktının imzalanmasından üçil keçir və Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Artıq Xankəndində və Xocalıda, Əsgəranda və Xocavənddə, bir sözlə, bütün Qarabağda Azərbaycan bayrağı vüqarla dalğalanır.İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri uğurla aparılır.“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işi sürətlə davam edir.Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması, bir zamanlar “Qarabağ Ermənistandır və nöqtə” deyib yallı gedən Paşinyanın indi “Qarabağ Azərbaycandır” deməsi də elə bu Bəyanatdan irəli gəlir.Rüstəm Nağıyev,YAP Gədəbəy rayon təşkilatının sədri

Seçilən
717
50
sesqazeti.az

10Mənbələr