AZ

Novak Cokoviç Paris-2024-də yeni rekord müəyyənləşdirib

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yeni rekorda imza atıb.

Təcrübəli raketka ustası buna 1/4 final mərhələsində yunanıstanlı Stefanos Tsitsipasi məğlub etməklə nail olub. Qarşılaşma Cokoviçin 2:0 (6:3, 7:6) hesablı qələbəsi ilə bitib.

Novak olimpiadalar tarixində fərdi yarışda yarımfinala yüksələn ən yaşlı tennisçi olub. İdmançı bunu 37 yaş 73-cü günündə bacarıb.

Cokoviç bu gün finala gedən yolda italiyalı Lorentso Muzetti ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Seçilən
51
3
cbcsport.az

5Mənbələr