AZ

“Verder”in sabiq futbolçusu “Zirə”də

“Zirə” yeni futbolçu ilə anlaşıb.   Manset.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Məlumata görə, Bakı təmsilçisi Georgi Papunaşvilini heyətinə qatıb. Gürcüstanlı yarımmüdafiəçiylə 1+1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, 28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo” (Tbilisi), “Telavi”, “Samtredia”, “Torpedo” (Kutaisi), Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub.

Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfər fərqlənib.

Seçilən
63
25
manset.az

10Mənbələr