AZ

Millimiz son oyununu keçirdi - Olimpiada

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qrupdakı sonuncu matçına çıxıb.

Prosport.Az xəbər verir ki, yığma VII turda Kanada yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 19:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.

Seçilən
67
14
prosport.az

10Mənbələr