AZ

Azərbaycan Premyer Liqası: “Sabah” – “Şamaxı” matçında qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün I turunda daha bir görüş keçirilib.Elchi.az xəbər verir ki, “Şamaxı” klubu Masazırda “Sabah”ın qonağı olub.Görüşdə 4 qol vurulmasına baxmayaraq qalib müəyyənləşməyib – 2:2.Meydan sahiblərinin heyətində Namik Ələskərov (16) və Xəyal Əliyev (32) fərqlənib. “Şamaxı” komandasından isə Rüfət Abbasov (44) və Belajdi Pusi (52) rəqib qapısına yol tapıb.Qeyd edək ki, ilk tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Səbail” matçı ilə yekun vurulacaq.Havar Şəfiyeva

Seçilən
47
15
elchi.az

10Mənbələr