AZ

İraqda ABŞ hərbçilərinin olduğu baza raket atəşinə tutuldu

İraqın qərbindəki Ənbar vilayətində beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi Ayn əl-Əsəd hava bazası raket atəşinə tutulub.

 

Senzor.az bildirir ki, bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.

 

Məlumata görə, axşam saatlarında Amerika hərbçilərinin yerləşdiyi bazaya azı iki raket atılıb.

 

ABŞ Müdafiə Nazirliyi isə hava bazasına edilən hücum nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını bildirib.

 

“Biz təsdiq edə bilərik ki, bu gün Eyn əl-Əsəd hava bazasında Amerika və koalisiya qüvvələrinə ehtimal ki, raket zərbəsi endirilib. İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi xəsarət alıb”, – Pentaqonun nümayəndəsi qeyd edib.

 

O əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı yeni informasiya daxil olduqca daha ətraflı məlumat verəcək.

Seçilən
228
2
senzor.az

10Mənbələr