AZ

BMU-da müasir dövrün əsas ixtisaslarından biri – elektrik və elektronika mühəndisliyi

BMU-da

Xırdalan, 6 avqust, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) tədris aparılan əsas ixtisaslardan biri elektrik və elektronika mühəndisliyidir.

BMU-dan AZƏRTAC-a bildirilib ki, günümüzün aktual sahələrindən olan bu ixtisas üzrə universitetdə həm Azərbaycan, həm də ingilis bölməsində tələbə qəbulu həyata keçirilir. Elektronika mühəndisliyi dedikdə, hər hansı bir elektron dövrənin dizaynı, quraşdırılması və təmiri nəzərdə tutulur. Müasir elektron avadanlıqların hamısında bu elektron dövrələrdən istifadə olunur.

Universitetdə bu ixtisasa aid energetika, elektrotexnika, analoq elektronika və rəqəmsal elektronika laboratoriyaları fəaliyyət göstərir. Tələbələr laboratoriyalardan istifadə etməklə nəzəriyyədə öyrəndikləri bütün bilikləri daha da möhkəmlədə bilirlər.

Elektrik və elektronika mühəndisliyi ixtisasını bitirən məzunlar üçün iş tapmaq çətin deyil. Çünki bu ixtisasın məzunlarına həm elektrik, həm də elektronika mühəndisi kimi kosmik və robotexnikaya aid qurumlarda, eləcə də elektron avadanlıqların mövcud olduğu bütün istehsalat müəssisələrində ciddi ehtiyac var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
azertag.az

5Mənbələr