AZ

Futbol"Sevilya" "İnter"in futbolçusunu birdəfəlik transfer edib

İspaniyanın "Sevilya" klubu İtaliya təmsilçisi "İnter"dən Lüsyen Aqumeni heyətinə cəlb edib.

"Far.Az" andalusiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi La Liqa kollektivi ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, L.Aqumen ötən mövsümün ikinci yarısını icarə əsasında "Sevilya"da keçirib. O, meydana çıxdığı 13 matçda 4 qol vurmağı bacarıb.

Seçilən
40
2
far.az

4Mənbələr