AZ

Bakıda ana öz övladını sosial şəbəkədə satmaq istədi: DİN-dən REAKSİYA

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-dən məlumat verilib.

Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.

Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.

 

Seçilən
81
2
demokrat.az

10Mənbələr