AZ

Azərbaycana “meydan ” oxuyan ermənilərin ariyası: Həbsxana, dörd divar və “timsahın göz yaşı”

Ermənistan-Azərbaycan münaqişəsinin başlanma tarixi 1987-ci ilin sonunda Xankəndidə başladı. Əslində ermənilər Cənubi Qafqaza qədəm basdıqları gündən öz çirkin niyyətlərini həyata keçirməyə məqam axtarıblar. İllər boyu ermənilər öz çirkin xislətlərini hiyləgərliklə maskalamağı bacarıblar.  Lakin 1987-ci ildə himayədarlarından dəstək alan ermənilər hərəkətə keçdilər.  1988- ci il fevral ayının 20-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsi ilə bağlı Azərbaycan və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul
etdilər. 1988-ci ildə Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər keçmiş DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.
1991-ci ilin sonu 1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Keçmiş Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevral ayında erməni vandalları tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş qanlı soyqırım faciəsi törədildi. 1992-ci ilin may ayında Şuşa şəhəri və Laçın rayonu, 1993-cü ildə isə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal edildi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal
çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Lakin Ermənistan höküməti bu qətnamələrə məhəl qoymurdu. 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalanmışdır. Buna baxmayaraq Ermənistan tərəfi atəşkəsi pozmaqda davam edirdi. 2003-cü ilin yayından etibarən erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artmışdır. Onlar Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirdi.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu bir vaxtda danışıqlar
prosesində Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa başladı. 2016-cı il 2-5 aprel tarixlərində Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrində və həmin rayonların ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərinə erməni separatçıları qəfil hücum təşkil etdi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi və  Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprel ayının 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların iştirakı ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən separatçı qüvvələr atəşkəs imzalanandan bir neçə saat sonra onu dəfələrlə pozdu.

2020-ci il iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin
Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərdi. Dövlət sərhədində düşmənin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı görülən təxirəsalınmaz tədbirlər nəticəsində hücumun qarşısı alındı. Ermənistan silahlı qüvvələrinin ön xəttindəki atəş nöqtələri, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikası və yüzədək canlı qüvvəsi məhv edildi.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə
əlaqədar olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xeyli az itki ilə böyük zəfərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq
üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi.
“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi.

Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra N.Paşinyan Azərbaycan
Prezidentinin şərtlərini qəbul edərək “kapitulyasiya aktı”na imza atmağa məcbur oldu.

Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Lakin ermənilər yenə öz təxribatlarını davam etdirir, mütamadi olaraq atəşkəsi pozurdu. Bununla yanaşı rəsmi İrəvan sülh danışıqlarından yayınmaqla havadarlarının dəstəyini gözləyirdi. Keçən 3 il ərzində rəsmi Bakı səbrlə danışıqları davam etdirirdi. Lakin erməni tərəfi yenə öz çirkin və hiyləgər niyyətindən əl çəkmirdi. Öz sərsəm iddialarından əl çəkmirdilər.Azərbaycan ermənilərə bir neçə dəfə xəbərdarlıq etsə də ermənilər bu xəbərdarlıqdan nəticə çıxarmadı. Buna görə 2023-cü ilin  sentyabrın 19-dan başlayaraq, Azər­baycan Silahlı Qüvvələri tərəfindən Qa­rabağ iqtisadi rayonunda  lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün düşmən təslim olduğunu açıqladı. Qondarma rejim özünü buraxdığını elan etdi. Azərbaycana öz aləmlərində meydan oxuyan ermənilər bir-bir ələ keçirildi. Ermənilər qəssab ləqəbi verdikləri Vaqif Xaçaturyan Laçın Dəhlizində həbs edildi. İndi həbsxanada göz yaşı tökən Xaçaturyan öz keçmiş günahlarını açıqlamaqla məşğuldur. Xaçaturyan bir məsəldə deyildiyi kimi ağlayır. Onu ağlaması isə Timsahın göz yaşını xatırladır.

image-1

Xaçaturyanın həbsindən sonra milyonçu Ruben Vardanyan, Bakıya gələcəyini açıqlayan qondarma rejimin rəhbəri Araik Aruthunyan və digər separatçılar qandallanaraq Bakıya gətirildi.

Vaxtilə Xankəndidən bizə “meydan”oxuyan erməni separatçılar indi həbsxanada öz ariyalarını oxuyurlar. Onların şüar səsləndirdiyi Xankəndidəki meydanda isə bu gün Azərbaycan Zəfər paradını keçirdi. Bununla Ali Baş Komandan İlham Əliyev bir sərkərdə kimi tarixə adını qızıl hərflərlə yazdı…

Qələbən, Zəfərin mübarək Azərbaycan!

Qoşqar Salmanlı

 

Seçilən
775
50
moderator.az

10Mənbələr