Paris, 8 avqust, Elnur Salahov, AZƏRTAC
Ukraynanı təmsil edən Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, finalda məğlub olan idmançı ikinci yerlə kifayətlənib.
Bu isə o deməkdir ki, bu gün fəxri kürsüdə iki azərbaycanlı güləşçi olacaq. Çünki bu çəkidə bürünc medallardan birinə Azərbaycan millisinin üzvü Həsrət Cəfərov sahib çıxıb. İdmançımız yarımfinalda məhz P.Nəsibova uduzub.