Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.RegionXəbərləricom.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub.Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. R.Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə FHN rəhbərinin müavinidir.Məlumat üçün bildirək ki, E.Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta