2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 272.manat təşkil edib.
Banker.az Bakı şəhər Statistika İdarəsinə istinadən bildirir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 8.3% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub.