AZ

İspaniyalı motosikletçi faciəvi şəkildə dünyasını dəyişib

İspaniyalı motosikletçi Xavyer Alvares faciəvi şəkildə dünyasını dəyişib.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, La Banesa qran-prisinə hazırlıq zamanı qəza nəticəsində vəfat edib.

Motosikletçi döngələrin birində idarəetməni itirərək qoruyucu hasara çırpılıb.

Reanimasiyaya yerləşdirilən idmançının həyatını xilas etmək mümkün olmayıb.

Alvaresin ölümünə baxmayaraq təşkilatçılar qran-prini davam etdirmək qərarına gəliblər.

Seçilən
65
2
report.az

10Mənbələr