AZ

Əli Kərimliyə cinayət işi açılıb: "Məni həbs edə bilərlər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı cinayət işi başlanıb.

Ondan AXCP-nin keçmiş üzvlərindən birinin şikayət etdiyi bildirilir.

Əli Kərimli BBC News Azərbaycancaya avqustun 13-də Nəsimi Rayon Məhkəməsinə çağırıldığını deyib.

“Bu, ölkədəki repressiyaların tərkib hissəsidir. Bu, qətiyyən hansısa bir vətəndaşın özbaşına, bizə qarşı başlatdığı işlər deyil”, - partiya sədri bildirib.

Əli Kərimli, həmçinin heç kəsə böhtan atamadığını deyib.

“Mənim kiməsə böhtan atmağımdan söhbət belə, gedə bilməz. Kimi isə təhqir etməyimdən söhbət gedə bilməz. Bu, qurama işdir”, -cənab Kərimli bildirib.

AXCP sədri bildirib ki, ona qarşı cinayət işinin qaldırılması "hökumətin təxribatıdır".

"Bu, əlbəttə ki, xalq cəbhəsini, real müxalifəti sıradan çıxarmaq, şəxsən məni susdurmaq üçün hökumətin yaratdığı təxribatdır. Mən mümkün sayıram ki, məni həbs edərlər. Nə qədər absurd olsa da, mən də öz həbsimi mümkün sayıram. Amma bu, məni də susdurmayacaq, partiyanı da susdurmayacaq”, - o deyib.

Azərbaycan hakimiyyəti heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını, yalnız cinayət əməli aşkar ediləndə məsuliyyətə cəlb olunduğunu bildirir.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
bbc.com

1Mənbələr