“Araz-Naxçıvan” komandası futbol üzrə Azərbaycan çempionatlarında (Premyer Liqa) yubiley – 20-ci qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, Premyer Liqanın 2024/2025 mövsümünün 2-ci turuna təsadüf edib.
Naxçıvan təmsilçisi evdə “Şamaxı”ya qalib gəlib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub.
“Araz-Naxçıvan” evdə 15-ci qələbəsini əldə edib. Digər 5 qalibiyyət səfərdə gerçəkləşib.
Xatırladaq ki, naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə ediblər – 1:0.