AZ

Əli Cəbrayılov Çempionlar Liqası oyunlarında

Futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

Demokrat.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin B qrupunun oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 21-də keçiriləcək “Fiorentino” (San Marino) – “Amiqo Nortvest” (Bolqarıstan) oyununda birinci, avqustun 22-də təşkil olunacaq “Fiorentino” (San Marino) – “Minerva” (İsveçrə) görüşündə üçüncü, “Amiqo Nortvest” (Bolqarıstan) – “Pro Futsal Cimru” (Uels) matçında isə ikinci hakim olacaq.
Seçilən
28
1
demokrat.az

10Mənbələr