AZ

“Milan”dan Argentina klubuna

İtaliyanın “Milan” klubunun müdafiəçisi Marko Pelleqrino icarə əsasında Argentina təmsilçisi “İndependyente”yə keçib.

Futbolinfo.az Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

“Transfermarkt” portalı oyunçunun dəyərini 3,5 milyon avro qiymətləndirir.

22 yaşlı müdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliyanın “Salernitana” klubunda keçirib və 10 matçda meydana çıxıb.

Seçilən
27
9
futbolinfo.az

10Mənbələr