AZ

UEFA Çempionlar Liqası: "Qarabağ" səfərdə "Ludoqorets"lə qarşılaşacaq

"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

22:00. “Ludoqorets” - “Qarabağ”

Baş hakim: Simon Sozza.

"Ludoqorets Arena".

İlk oyun: 2:1.

Qeyd edək ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.

Seçilən
8
16
cbcsport.az

10Mənbələr