AZ

Oğuzda çay evində qumarxana aşkarlanıb

Oğuz Rayon Polis Şöbəsinə rayonun ərazisində yerləşən çay evlərinin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: oxu.az

Aqreqator
Seçilən
128
23
oxu.az

10Mənbələr