Qitənin əsas klub turnirinin III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Bolqarıstanda "Ludoqorets"in qonağı olan "Köhlən atlar" rəqibini 7:2 hesabı ilə məğlub edib.
Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. Ağdam təmsilçisi Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.