AZ

Taekvondoçularımız Özbəkistanda 4 medal qazanıblar

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar.

Apasport.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər.

Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər.

Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib.

Taekvondoçumuz olimpiadaya yollanıb

Taekvondoçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir

Olimpiyaçımız üçün sınaqçı rəqib

İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı!

Parataekvondoçumuz beynəlxalq turnirin finalına yüksəlib

Seçilən
88
14
apasport.az

10Mənbələr