AZ

Məktəbli qızı aldadıb çöllüyə apardılar — Daha sonra...

Rusiyada  təcavüzkarlar 10 yaşlı qızı valideynlərinin köməyə ehtiyacı olduğuna inandırıb və onun qaçırılmasını təşkil ediblər.

News24.az Oxu24.com-a istinadla xəbər  verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Noyabrın 11-də evdə tək qalan məktəbliyə naməlum şəxslər zəng edib. Cinayətkarlar məktəbli qıza valideynlərinin qəzaya düşdüyünü və onlara təcili pul lazım olduğunu bildiriblər.

Qorxuya düşən məktəbli qız onların  göstərişlərə əməl edərək şəhərdən 50 kilometr aralıda yerləşən  Aksarka kəndinə çağırılıb.

Bu zaman təcavüzkarlar qızın anası ilə əlaqə saxlayıb və uşağını qaçırdıqlarını bildiriblər.

Qadın dərhal  polisə müraciət edib.

Polis kameralar vasitəsilə avtomobili izləyib və sürücünü tapıb. Məlum olub ki, taksi sürücüsü uşağı naməlum yerə tək buraxmaqdan ehtiyat edib və bütün bu müddət ərzində kənddə qalıb.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.



Seçilən
523
1
news24.az

2Mənbələr