AZ

Şoyqunun gecə ikən Bakıya gəlməsinin SƏBƏBİ

“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İrana gedən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu orada təhlükəsizlik səbəbindən qalmayıb”.

Bu iddia ilə Ermənistanın “Hraparak” qəzeti çıxış edib.

Nəşr yazır ki, S.Şoyqu Haniyənin öldürülməsindən sonra İran Prezidenti ilə danışıqlar üçün avqustun 5-i Tehrana səfər edib. Həmin gün Prezident Məsud Pezeşkianla görüşüb və dərhal İranı tərk edib.

İddiaya görə, Şoyqu sui-qəsdə məruz qalan Haniyənin ölümündən sonra Tehranda qalmaq istəməyib. Onun bu səbəbdən həmin gün səfəri bitirib Azərbaycana yola düşdüyü deyilir.

“Şoyqu regionun ən təhlükəsiz şəhəri hesab olunan Bakıda qalmağa üstünlük verib. Səhəri gün – avqustun 6-sı isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, daha sonra Rusiyaya qayıdıb”, – “Hraparak” qeyd edib.

Mənbə: globalinfo.az

Aqreqator
Seçilən
171
6
globalinfo.az

10Mənbələr