UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində \"Sabah\" İrlandiyanın \"Sent Patriks Atletik\" klubu ilə qarşılaşıb.
Masazırdakı \"Bank Respublika Arena\"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.
Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.
Qeyd edək ki, İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) \"Sabah\" Konfrans Liqasında mübarizəni dayandırıb.