AZ

NBA-da mövsümün proqramı açıqlanıb

NBA-da mövsümün proqramı bəlli olub.

İdman.biz xəbər verir ki, müntəzəm çempionatın ilk qarşılaşmaları oktyabrın 22-də keçiriləcək.

İlk oyun günündə "Nyu-York Niks" - "Boston Seltiks" və "Minnesota Timbervulvz" - "Los-Anceles Leykers" görüşləri baş tutacaq. NBA kuboku noyabrın 12-də start götürəcək. Yarımfinallar dekabrın 14-də, final isə dekabrın 17-də təşkil olunacaq.

Ulduzlar Matçı fevralın 14-16-da San-Fransiskoda keçiriləcək. Müntəzəm çempionat aprelin 13-də başa çatacaq və aprelin 15-18-də pley-in görüşləri oynanılacaq. Ayın 19-da isə pley-offa start veriləcək.

Qeyd edək ki, NBA-nın son qalibi "Boston Seltiks" olub.

İdman.biz

Seçilən
22
1
idman.biz

2Mənbələr