AZ

Braziliyalı müdafiəçi “Sumqayıt” klubunda

"Sumqayıt" klubu daha bir futbolçunu heyətinə qatıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Alan Diasla 1+2 illik müqavilə imzalanıb.

25 yaşlı braziliyalı müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisi indiyə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelini heyətinə cəlb edib.

Seçilən
102
1
unikal.az

10Mənbələr