AZ

Ən uzun penalti seriyası bu oldu

UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan “Ayaks” (Niderland) – “Panatinaikos” (Yunanıstan) matçında qitə kubokları tarixinin ən uzun penaltilər seriyası qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, komandalar hərəyə 17 zərbə vurub.

Niderland klubu 13:12 hesabı ilə qələbə qazanıb və pley-off mərhələsinə yüksəlib. Bu, avrokuboklar tarixinə ən uzun penaltilər seriyası kimi düşüb.

Qeyd edək ki, Amsterdamda baş tutan qarşılaşmanın əsas vaxtı Yunanıstan klubunun 1:0 hesablı qələbəsi ilə bitib. İlk oyunda isə Niderland təmsilçisi eyni hesabla qələbə qazanmışdı.

Seçilən
5
4
qafqazinfo.az

9Mənbələr