AZ

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

Həvəskar komandalar arasında Azərbaycan kubokunun final oyunu keçirilib.

Prosport.Az xəbər verir ki, həlledici matç Ağcabədidə baş tutub.

Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) 25 illiyinə həsr olunmuş yarışın finalında yerli “Olimpiya” və “Salyan 2018” qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən “Olimpiya” kubokun qalibi olub.

Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Qarabağ RFF-nin prezidenti Əliş Şərifov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov, Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev və futbol veteranı Asif Əliyev təqdim ediblər.

Seçilən
59
16
prosport.az

10Mənbələr