Fransalı yarımmüdafiəçi Yussuf Fofana karyerasını "Milan"da davam etdirəcək.
Bizim.Media xəbər verir ki, o, "Monako"dan Milan klubuna keçib.
24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. O, "rossoneyerilər"in heyətində 29 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Fofana 2022-ci ildən Fransa yığmasında çıxış edir. Yarımmüdafiəçi millidə keçiridiyi 21 oyunda 3 dəfə fərqlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta