AZ

Misli Premyer Liqası: "Turan Tovuz" 3 xalı 3 qolla əldə etdi

Futbol üzrə Misli Premyer Liqasında III tura start verilib.

Günün ilk matçında "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib. Matç Tovuz təmsilçisinin qələbəsi ilə bitib - 3:0.

15-ci dəqiqədə Xəyal Nəcəfov, 19-cu dəqiqədə Roderik Miller, 61-ci dəqiqədə Kristian da Silva fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Turan Tovuz" hələlik çempionatın lideri olub. Xalsız olan Gəncə klubu sonuncu-10-cu sıradadır.

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Seçilən
37
15
cbcsport.az

10Mənbələr