AZ

"Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib

Misli Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yerinin növbəti dəfə dəyişdirilməsi barədə qərar qəbul edilib.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.

"Zirə" UEFA Konftans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.

Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.

Seçilən
32
27
cbcsport.az

10Mənbələr