AZ

“Dinamo” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Bakı. Trend:

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəXorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi ilk oyunun hakimləriaçıqlanıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, UEFA avqustun 20-də Zaqrebdə təşkilolunacaq görüşü İsveçdən olan hakimlər briqadasına həvalə edib.

“Maksimir” stadionundakı matçı Qlenn Niberq idarə edəcək. Başhakimin köməkçiləri Mahbod Beigi və Andreas Söderkvist olacaqlar.Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək.

Almaniyalılar Bastian Dankert və Yohann Pfeifer VAR hakimləriolacaqlar. Mihael Riley (İngiltərə) hakim-inspektor, Filip Popovski(Şimali Makedoniya) UEFA nümayəndəsi vəzifəsini yerinəyetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
22
5
az.trend.az

7Mənbələr