AZ

Misli Premyer Liqası: "Sabah" "Neftçi"ni üstələyib

Bu gün futbol üzrə Misli Premyer Liqasında III turun növbəti görüşü keçirilib.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matçda "Neftçi" "Sabah"la qarşılaşıb.

Oyun "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə Amin Seydiyev hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, turun digər görüşlərində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.

Seçilən
33
50
cbcsport.az

10Mənbələr