AZ

Xatirə Yıldız Tilbenin davranışlarını bəyənmədi: "Bambılıdır"

“Mən heç kimi təhqir etməmişəm, həqiqəti demişəm. Sənətkardır, amma bambılıdır”.

Bu sözləri Olay.az-ın instaqram səhifəsinə müğənni Xatirə İslam yazıb.

O, Yıldız Tilbeni təhqir etməsi ilə bağlı xəbərə fikir bildirərkən bunları da əlavə edib:

“Mən xalqdan tərif gözləmirəm, xalqın dəlisinə göstərdiyi sevgini camaat kaş ki bizim də sənət adamlarına göstərəydi. Mən dəyəri özümə yox, özünü Yıldız kimi aparan sənətkarlarımıza gözləyirəm. Kaş ki, onlara da eyni dəyəri verə biləydik, videolarının altında təhqir etmək əvəzinə...

Özümüzün yaxşısına da, pisinə də bir söz tapıb yazırıq. Təki qəlb qıraq... Burada məsələ dəli olmaq deyil, ideal insan yoxdur. Pis oluram, deyirəm ki, o cür səmimi hisslər kaş, bizdə də olaydı...”.

Qeyd edək ki, X.İslam Tilbenin ofisiantlarla əyləndiyi bir videonu səhifəsində yayımlayaraq “Camaat bambıllıq edən sənətkarına nə gözəl hörmət qoyur. Bizimkilər sənət adamı görəndə, elə bil gözlərinə düşmən görünür” sözlərini yazmışdı.

Seçilən
36
1
kanal.az

2Mənbələr