AZ

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirli bilinən şəxslərlə bağlı QƏRAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirova hökm oxunub.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Rəşad Əhmədov 18 il, Rövşən Əmirov isə 17 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, R. Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunaraq Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan suverenliyinə, ərazi toxunulmazlığına, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər yetirən tapşırıqları yerinə yetirib.
Həmçinin, R. Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi R. Əmirov və digər şəxslərlə birlikdə ölkədə etnik və dini zəmində düşmənçilik yaratmağa və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları əks etdirən videomateriallar hazırlayıb. Bu videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılıb və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən "YouTube" kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı aparılmış cinayət işi üzrə Rəşad Əhmədov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1 (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinib. Rövşən Əmirov isə 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1 (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
39
oxu.az

10Mənbələr