Rusiya, Şimali Koreya və Çinə nüvə bombası atılsa, nə baş verəcək? - Maraqlı proqnoz
Amerikanın "Newsweek" nəşri ABŞ arsenalında ən böyük termonüvə bombası olan B83-ün Moskva, Pxenyan və Pekinə endirdiyi zərbənin nəticələrini simulyasiya edib. Teleqraf.com xəbər verir ki, Pxenyana zərbə 1,3 milyon insanın ölümünə, 1,1 milyon insanın isə yaralanmasına səbəb olacaq. Rusiyada isə 1,4 milyon insan öləcək və təxminən 3,7 milyon insan yaralanacaq. Pekin üçün 1,5 milyon nəfər ölü, 3,3 milyon insan yaralanacaq.