Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək.
Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah çox ciddi rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
“Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm”.
Q.Qurbanov III təsnifat mərhələsində qalib gəldikləri “Ludoqorets” (Bolqarıstan) komandası ilə “Dinamo” kollektivlərinin fərqli rəqiblər olduğunu söyləyib: