EN

Qızıl külçələrinin qiyməti tarixdə ilk dəfə 1 mln. dolları ötüb

Qızıl külçələrinin qiyməti tarixdə ilk dəfə 1 milyon dolları ötüb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Bu, 16 avqust Cümə günü qiymətli metalın spot qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 2500 dollardan yuxarı qalxdıqdan sonra baş verib. Qızıl külçələrin çəkisi adətən təxminən 400 troy unsiyası (12.5 kq) təşkil edir, yəni hər birinin dəyəri hazırda 1 milyon dollardan çoxdur.

Bununla belə, agentlik qeyd edib ki, külçələrin çəkisi adətən 400 unsiya olsa da, London Külçə Bazarı Assosiasiyasının qaydalarına əsasən, onların tərkibində 350-430 unsiya (10.9 kq-dan 13.4 kq-a qədər) təmiz qızıl ola bilər.

Bazar ertəsi, avqustun 19-da qızılın birja qiymətləri bir unsiya üçün 2550 dollara yaxınlaşıb. Çikaqo Ticarət Birjasında (CME) dekabr qızıl fyuçersləri bir unsiya üçün 2549.9 dollara yüksəlib. Lakin sonradan kotirovkalar artımın bir hissəsini itirib – Bakı vaxtı ilə saat 21:50-ə olan məlumata görə, dekabr qızıl fyuçersləri bir unsiya üçün 2541.3 dollara satılıb.

“Bank of America” qızılın qiymətinin unsiya üçün 3000 dollara qalxmasını mümkün sayır. Bankın analitiklərinin fikrincə, qiymətli metalın qiyməti yaxın 12-18 ay ərzində bu həddə çata bilər. Bu, ABŞ-də dərəcələrin aşağı düşməsi və böyük institusional investorların tələbinin artması halında baş verə bilər.

Chosen
161
50
banker.az

10Sources