EN

Qocalığında parlayan Vardi

Dünən İngiltərə Premyer Liqasının ilk turunun son matçında rekord qeydə alınıb. “Lester”in hücumçusu Ceymi Vardi “Tottenhem”lə görüşdə fərqlənməklə buna nail olub.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan matçda hesabı bərabərləşdirən Vardi, 30 yaşından sonra vurduğu qolların sayını 103-ə çatdırıb. Bu göstəriciyə görə 37 yaşlı futbolçu keçmiş hücumçu Yan Raytı 10 top qabaqlayaraq İngiltərə futbolu tarixində birincidir.

Qeyd edək ki, Vardi Premyer Liqadakı qollarının ümumilikdə 75 %-ni 30 yaşından sonra vurub.

Chosen
9
3
futbolinfo.az

7Sources