EN

“Qəbələ” heyətini konqolu futbolçu ilə gücləndirib

“Qəbələ” klubu heyətini konqolu futbolçu ilə gücləndirib.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

"Cebheinfo.az"

Chosen
14
27
cebheinfo.az

10Sources